Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2035
DünənDünən3048
Bu həftəBu həftə8136
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464735

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

AZAL: "WizzAir"in təkliflərinin 99%-ini qəbul etdik

"Biz "WizzAir" şirkətinin təkliflərinin 99%-ini qəbul etdik və sonunda razılaşdıq".

"Dalğa TV"nin xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.
A. Məmmədov bildirib ki, 3 gün sonra, oktyabrın 27-si "WizzAir"in rəsmiləri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.
"Biz onlara təklif etmişik ki, qış mövsümündə uçuşlar həyata keçirsinlər. Amma onlar mart ayından etibarən Budapeşt reyslərini bərpa edəcəklər. Özü də onların istədiyi güzəştlər əsasında", - deyə AZAl rəsmisi bildirib.

10 min dollara qədər olan malları gömrük ödənişi ödəmədən Azərbaycana keçirmək icazəsi verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.


"Dalğa TV"nin məlumatına görə, dövlət başçısı gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsini qərara alıb.
Dövlət Gömrük Komitəsinə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 396 nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

"SOCAR Georgia": Azərbaycan Gürcüstanın qaza olan tələbatını tamamilə ödəyə bilər

"Azərbaycan Gürcüstan əhalisnin təbii qaza olan tələbatını tamamilə ödəyə bilər və demək olar ki, ödəyir".


"Dalğa TV"nin "Georgia Online" xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov bildirib.

Xatırladaq ki, Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yerli KİV-ə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi qonşu ölkənin təbii qaza olan tələbatını ödəyə bilmir. K. Kaladze əlavə edib ki, Gürcüstan tərəfi Rusiyanın "Qazprom" şirkəti ilə qaz nəqli ilə bağlı danışıqlar aparır və Rusiya tərəfi münasib qiymət təklif edərsə, əməkdaşlıq baş tuta bilər.

Buna cavab olaraq M. Məmmədov bildirib: "Hər gün Gürcüstana 5 milyon kubmetr həcmində təbii qaz nəql olunur. Üstəlik, 1 milyon kubmetr qaz "Şahdəniz" yatağından nəlq edilir. Gürcüstanda gündəlik istehlak olunan təbii qazın həcmi 6,2 milyon kubmetrdir. Beləliklə, demək olar ki, biz tələbatı tamamilə ödəyirik".

SOCAR Avstriyanın “Poerner” şirkəti ilə müqavilə imzalayıb

Bu gün SOCAR və Avstriyanın "Poerner" şirkəti arasında Bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata g"rə, mərasimdə SOCAR-ın prezidenti R"vnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Poerner" şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Volfqanq Heqer (Wolfgang Heger) iştirak edib.

R. Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda "Avro 5" standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək. Bu tədbir keçmiş "Azərneftyağ" NEZ-in m"vcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına k"mək edəcək.

A. Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün n"vbəti imkanın yaranmasından məmnun olduqlarını bildirmiş, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik "Poerner" şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd etmişdir. Sonra SOCAR və "Poerner" şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb.

Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən "Poerner" şirkətinin baş direktoru A. Poerner imzalayıblar.

Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb

"Şahdəniz" yatağından Türkiyəyə və Gürcüstana qaz nəqlinin həcmi açıqlanıb.

Bu ilin 9 ayı ərzində "Şahdəniz" yatağından 7 189,0 mln. kubmetr qaz hasil edilib.
"Dalğa TV" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
Onun sözlərinə görə, bu həcmin 2 315,4 mln. kubmetri SOCAR-a, 4 239,9 mln. kubmetri Türkiyəyə, 519,7 mln. kubmetri Gürcüstana nəql edilib:
"Cari ilin doqquz ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9 728,8 mln. kubmetr proqnoza qarşı, 10 402,8 mln. kubmetr (yəni 674,0 mln. proqnozdan çox) qaz resursu yaradılıb".
Nazir, həmçinin qeyd edib ki, doqquz ay ərzində ölkədə hasil edilmiş 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından çıxarılıb.
O əlavə edib ki, hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanıb. 2006-cı il dekabrın 15-də "Şahdəniz" yatağından ilk qaz hasil olunub.
Hazırda yatağın işlənməsinin birinci mərhələsi üzrə hasil olunan qaz Azərbaycan bazarı üçün SOCAR-a, Gürcüstan bazarı üçün Gürcüstanın Neft və Qaz Korporasiyasına (GOGC şirkətinə), Türkiyə bazarı üçün "BOTAŞ" şirkətinə verilir.
2007-ci il mart ayından etibarən "Şahdəniz" yatağından hasil olunan təbii qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyə sərhədlərini aşaraq, bu ölkənin qaz kəmərləri sisteminə daxil olub.

Bu il Gürcüstandan Azərbaycana 3 mindən artıq avtomobil gətirilib

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 55 148,4 min dollar dəyərində 3 049 ədəd minik avtomobili ixrac olunub.


Bu barədə "Dalğa TV" Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 773 ədəd avtomobil və ya 4,86 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,76 dəfə azalıb.

Qeyd edək ki, bu 9 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 27,69% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 39,14%-ni təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 12,10% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayında Gürcüstandan Azərbaycana 199 142,9 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 2,14 dəfə azdır.

"SOCAR Georgia QAS" Gürcüstanın Saqareco rayonunda 4 kəndə təbii qaz verib - FOTO

Oktyabrın 20-də Gürcüstanın Saqareco rayonunda 4 kəndə qaz verilişinə başlanılıb.


"Dalğa TV"nin məlumatına görə, Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze, "SOCAR Georgia QAS"-ın rəsmiləri Azər Məmmədov və Anton Samsonidze qaz verilən Manavi kəndinin mərkəzində simvolik olaraq təbii qazı alovlandırıblar.

"SOCAR Georgia" şirkəti Manavi kəndində 39 kilometr orta təzyiqli qaz xətti çəkib və nəticədə 1200 ailə təbii qazla təmin olunub.

Baş nazirin müavini və "SOCAR Georgia Qas"-ın nümayəndələri qaz verilən digər 3 kənddə çəkilən 45,1 kilometr qaz xəttinə baxış keçiriblər.

Məlumata görə, Saqareco rayonunda ümumiyyətlə, 226 kilometr orta təzyiqli qaz xətti çəkilib və 5300 abonentə qaz verilib. Hazırda "SOCAR Georgia" şirkəti rayon ərazisində 11 331 aktiv abonentə xidmət göstərir.

APA-nın məlumatına görə, Kaxeti bölgəsində 1058 kilometr qaz xəttinin tikintisi sayəsində 35 132 abonent qazlaşdırılıb. Bölgədə 62 152 aktiv abonent var.

Xatırladaq ki, oktyabrın 1-nə olan vəziyyətə görə, "SOCAR Georgia" şirkəti Gürcüstanda 5150 kilometr qaz xətti çəkib və 207989 abonent qazla təmin edilib.

 

Gürcüstan Milli Bankının eks-sədrindən Azərbaycan qazı ilə bağlı qalmaqallı - AÇIQLAMA

Gürcüstanın energetika naziri Kaxa Kaladze ölkəsinin qaza olan tələbatının Azərbaycan tərəfindən tam ödənilə bilməyəcəyini deməklə Rusiyanın “Qazprom” şirkətindən əlavə mavi yanacaq alacaqlarını bəyan edib.
Dalga TV Gürcüstan KİV-nə istinadla xəbər verir ki, Kaladzenin açıqlaması Gürcüstanın siyasi dairələrində etirazlara səbəb olub. Ölkənin tanınmış iqtisadi ekspertlərindən biri, Gürcüstan Milli Bankının keçmiş sədri Roman Qoçiridze Kaxa Kaldzenin açıqlamasına sərt şəkildə cavab verib.

“Kaladze deyir ki, qaz çatmır. Azərbaycandan almaq mümkün olmur və ona görə “Qazprom”dan qaz almalıyıq. Belə çıxır ki, Azərbaycan 2018-ci ilə qədər ehtiyacımız olan cüzi qaz həcmi ilə bizə təmin etməyəcək. Niyə 2018? Çünki həmin ildən “Şahdəniz-2” layihəsi işə düşəcək və bizim ərazimizdən əlavə 6 milyard kub metr qaz keçəcək. 2019-cu ildən isə indiki 7 milyard yerinə, 17 milyard kub metr qaz keçəcək.

Kaladze deyir ki, Rusiya qazı baha olarsa, onu almayacağıq. Bu isə gülməlidir. Rusiyadan qaz almasaq, bəs kimdən alacağıq.

Kaladze deyir ki, əvvəlki hakimiyyət də Rusiyadan qaz alıb. Bəyəm bu arqumentdir? Alternativ olmayana qədər alırdıq. Sonra Bakı-Tbilisi-Ərzurum kəməri işə düşdü və rus qazı yerinə Azərbaycan qazının çəkisi artmağa başladı. Bu kəmər tam işə düşdükdən sonra rus qazına əl yellədik.

Nəticə olaraq deməliyəm ki, baş verənlər hakimiyyətdəkilərin şəxsi maraqlar naminə Azərbaycan, Türkiyə, Avropa və ABŞ orientasiyalı mövqedən geri çəkilməsi deməkdir”

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi təsdiq edildi

Milli Məclis bu gün keçirilən plenar iclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib.

"Dalğa TV" xəbər verir ki, qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub.

S. Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 %çərçivəsində artmasına səbəb olacaq".

Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib.

Neft bahalaşdı - Son qiymət

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 48,70 dollar olub.

"Dalğa TV" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrın 13-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 46,02 dollar təşkil edib.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır

Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.



"Dalğa TV"nin məlumatına görə, qanun layihəsində qeyd olunub ki, bu il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

Tiflisdə Gürcüstan hökumətinin dəftərxanası qarşısında etiraz aksiyası keçirilib

"Dalğa TV"nin məlumatına görə, aksiya iştirakçıları hakimiyyət orqanları tərəfindən Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlara etirazlarını bildiriblər.

Aksiyada Gürcüstanın tanınmış adamları, siyasətçilər, "Milli Hərəkat" partiyasının nümayəndələri iştirak ediblər.

Tanınmış ekspert Yelena Xoştaria "Qazprom"un Rusiya dövlətinin əlində bir silah olduğunu və bu silahın Avropa və region ölkələri üçün təhlükəli olduğunu bildirib: "Öncə onu bildirim ki, Rusiyadan qaz alınması bizi Rusiyadan asılı vəziyyətə salır və bu, prinsipcə yolverilməzdir. İkincisi, bu prosesdə danışıqların gizli və qeyri-şəffaf aparılması qəbuledilməzdir. Biz bu barədə yalnız Rusiya KİV-lərindən məlumat öyrənə bilirik. Bu o deməkdir ki, Gürcüstan hakimiyyəti milli təhlükəsizlik məsələləri üzrə gizli danışıqlar aparır. Üçüncüsü odur ki, biz Azərbaycan kimi ən vacib strateji tərəfdaş ölkə ilə münasibətləri korlayırıq. Azərbaycan Gürcüstanın sabit qaz təchizatçısıdır. Bu məsələ bizim üçün prioritetdir ", - Yelena Xoştaria bildirib.

Saytda Axtarış

Son xəbərlər