Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2555
DünənDünən3048
Bu həftəBu həftə8656
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465255

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov "Tbilisoba" bayramının rəsmi açılışında iştirak edib

Oktyabrın 16-da Gürcüstanda ənənəvi olaraq hər il keçirilən "Tbilisoba" bayramının rəsmi açılışı olub.

"Dalğa TV" xəbər verir ki, Gürcüstanın dövlət və hökumət üzvlərinin,Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin və digər şəxslərin də iştirak etdiyi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin rəhbəriMahir Məmmədov da iştirak edib.

 

 



​SOCAR Gürcüstandakı fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı fəaliyyəti, qonşu ölkədə kəndlərin qazlaşdırılması ilə bağlı gördüyü işlər barədə mətbuatda yer alan təzadlı xəbərlərə aydınlıq gətirib.

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev "Report"a açıqlamasında bildirib ki, şirkət Gürcüstanın qazlaşdırılması ilə bağlı fəaliyyətinə 2008-ci ildən başlayıb və bu fəaliyyətini "SOCAR Georgia Gas" adlı törəmə müəssisəsi vasitəsilə həyata keçirir: "O vaxta qədər Gürcüstanın azərbaycanlılar yaşayan məntəqələrinin yalnız 34%-i qazlaşdırılmışdı. İndi bu göstərici 67%-dən artıqdır. Yəni, soydaşlarımızın təbii qazdan istifadə imkanları 2 dəfə artıb. Ümumilikdə azərbaycanlıların yaşadığı 46 yaşayış məntəqəsi (kənd, qəsəbə, rayon mərkəzi və s.) qazlaşdırılıb, 37 minə yaxın ailə ilk dəfə mavi yanacaqdan istifadə etməyə başlayıb. Bu məqsədlə böyük həcmdə iş görülüb, azərbaycanlıların sıx məskunlaşdıqları həmin məntəqələrə 1300 kilometrdən artıq qaz xətləri çəkilib. SOCAR bununla da kifayətlənmir. Gələn il daha 7342 azərbaycanlı ailəsi qaz ala biləcək. Bu, 2016-cı ilin investisiya planına salınıb və plan artıq Cürcüstanın Energetika Nazirliyi tərəfindən təsdiq olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Nəzərdə tutulur ki, 2017-ci ilin sonunda Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları bölgələrdə qazlaşdırmanın səviyyəsi 82%-ə çatdırılacaq".

Gürcüstanda ermənilərin yaşadıqları bölgələrdə qazlaşdırmanın daha intensiv aparılması haqqında iddialara toxunan N.Quliyev qeyd edib ki, "SOCAR Georgia Gas" Gürcüstanda ermənilərin sıx məskunlaşdığı Samsxe-Cavaxetiya regionunda fəaliyyət göstərmir. Amma törəmə şirkətimizin çalışdığı bölgələrdə də ermənilər yaşayan məntəqələr mövcuddur: "Əvvəla, həmin məntəqələrin çoxusu 2008-ci ildən xeyli əvvəl qazlaşdırlıb, hətta sovet dövründə qazlaşdırılanları da var və SOCAR Gürcüstanda fəaliyyətə başlayanda onun istismarına belə məntəqələr də verilib. Yeni qazlaşdırmaya gəlincə, ola bilməz ki, hansısa bölgə qazlaşdırılsın, amma orada yaşayan 5-10 erməni ailəsinə qaz verilməsin".

N.Quliyev Gürcüstanda fəaliyyət göstərən kilsə və dini məbədlərin pulsuz qazla təminatı məsələsinə də aydınlıq gətirib. O, SOCAR-ın həmin təcrübədən ilk öncə Azərbaycanda, dövlət başçısının tapşırığı ilə istifadə etdiyini, sonradan Gürcüstanın dini liderlərinin xahişi ilə orada da tətbiq olunduğunu söyləyib. Mətbuat katibi onu da bildirib ki, həmin təcrübə Gürcüstanda fəaliyyət göstərən 17 məscidin qaz təminatını da pulsuz həyata keçirmək imkanı yaradıb. "Ümumiyyətlə, SOCAR biznes fəaliyyəti ilə məşğul olduğu digər ölkələr kimi Gürcüstanda da geniş sosial proqramlar həyata keçirir. Bundan da ilk növbədə orada yaşayan azərbaycanlılar bəhrələnirlər. Sadaxlı kəndində yeni xəstəxana binası tikib istifadəyə vermişik, onlarla kəndə yol çəkmişik, şirkətin vəsaiti ilə Algeti, Lejbəddin, Talaver, İrqançay, Kesalo, Nəzərli kəndlərində məktəblər təmir olunub, Yormuğanlı kəndinə su çəkilib. Tbilisidə Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun ev muzeyləri yüksək səviyyədə təmir edilib. Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini dəstəkləyirik. Orada 650 gənc azərbaycanlı müxtəlif dil və sənət kurslarında pulsuz məşğul olur. Qonşu ölkənin ali məktəblərdə təhsil alan 3 min azərbaycanlı tələbəyə SOCAR-ın təqaüdü verilir. Bir sözlə, düşünürük ki, SOCAR-ın Gürcüstanda mövcudluğu, bu brend altında fəaliyyət göstərən müəssisələrin çoxluğu hər bir azərbaycanlı üçün qürur mənbəyidir", - N.Quliyev bildirib.

Qızıl 5 dollar ucuzlaşdı, neft bahalaşdı

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 dollar bahalaşaraq 46,94 dollar təşkil edib.

"Dalğa TV"nin məlumatına görə Brent markalı neftin 1 barelinin dəyəri 0,46 dollar yüksələrək 50,19 dollar olub.

Qızıl isə 5,55 dollar ucuzlaşaraq nəticədə, unsiyası 1177,55 dollar təşkil edib.

Tiflisdə "İpək yolu" forumu keçirilir

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə yaradılan "İpək yolu" forumu bu gün Tiflisdə öz işinə başlayıb.

"Dalğa TV"nin "apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, forumda Azərbaycan daxil olmaqla, təxminən 30 ölkə, 20 beynəlxalq maliyyə və donor təşkilatlarından olan nümayəndələr iştirak edir.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, beynəlxalq tədbir Çin Xalq Respublikası və Asiya İnkişaf Bankının dəstəyi ilə Gürcüstan hökuməti tərəfindən təşkil olunub.

Tədbirdə həmçinin müxtəlif mövzularda təqdimatlar dinləniləcək, şirkət nümayəndələri arasında görüşlər keçiriləcək.

SOCAR ötən ay əhali sektoru üzrə 65,411 mln. kubmetr qaz satıb

Bu ilin sentyabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 7869 yeni abonent qeydiyyata alınıb.

"Dalğa TV" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun da 2385-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 5484-ü isə regionların payına düşüb.

Ümumiyyətlə cari ilin yanvar-sentyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 60333 təşkil edib. Bu göstəricinin də 21903-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 38430-u isə regionlar üzrə olub.

Cari ilin sentyabr ayında əhali sektoru üzrə 65 mln. 411 min 643 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 122,04 faiz təşkil edib. Qeyri-əhali sektoru üzrə isə 115 mln. 102 min 756 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 120,26 faiz vəsait toplanıb.

Bu ayın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

"SOCAR Trading" şirkəti "Platts Global Energy Awards 2015" finalçısı olub

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkəti "Platts Global Energy Awards" müsabiqəsinin finalçısı olub.


"Dalğa TV" xəbər verir ki, "SOCAR Trading"in verdiyi məlumata görə, o, sənaye sahəsində nümunəvi idarəçiliyin həyata keçirilməsi və innovasiya nailiyyətlərini qeyd edən illik proqram - Platts Global Energy Awards müsabiqəsinin finalçısı olub.
2015-ci ildə finalçılar 4 qitənin 30 ölkəsini təmsil edən 200-ə yaxın namizəd arasından seçilib.
Şirkətdən bildirilib ki, "SOCAR Trading" bu il "İlin strateji razılaşması" nominasiyasında mükafat uğrunda mübarizə aparır.
Platts Global Energy Awards 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. O, dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətini əhatə edir.
"Dünyanın enerji sənayesinin yüzlərlə nümayəndəsi, o cümlədən "SOCAR" şirkətinin nümayəndələri də Platts Global Energy Awards 2015-də iştirak etmək üçün dekabrın 9-da Nyu-Yorkda toplaşacaqlar", - məlumatda deyilir.

OPEC neftə tələbatın artacağını proqnozlaşdırır

Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) 2015-ci il üzrə dünyada gündəlik neftə olan tələbat üzrə proqnozunu 40 min barel artırıb.

"Dalğa TV" xəbər verir ki, bu barədə təşkilatın oktyabr ayı üzrə hesabatında qeyd olunub.

Proqnoza görə, bu il neftə olan tələbat gündəlik 92,86 mln barel həcmindədir ki, bu da ötən ildəkindən gündəlik 1,5 mln. barel artıqdır. Bu il üçün proqnozun yaxşılaşdırılmasını ekspertlər neft sənayesi üzrə III rübdəki rəqəmlərin gözləntilərdən daha yaxşı olması ilə əlaqələndirirlər.

Təşkilat gələn il üçün isə gündəlik neft tələbatı proqnozunu 40 min barel azaldıb.

OPEC-in proqnozuna görə, proznozun azalmasına baxmayaraq, gündəlik tələbat 2015-ci ildəkindən 1,25 mln. barel çox olacaq və 94,11 mln. barel təşkil edəcək.

2016-cı il üzrə proqnozun 40 min barel azalmasını isə ekspertlər 2015-ci ildəki yüksək baza effekti ilə əlaqələndirirlər.

Eyni zamanda, OPEC dünyada neft hasilatının azalacağını proqnozlaşdırır. Eyni zamanda, təşkilata üzv olmayan ölkələrdə gündəlik hasilatın sentyabrla müqayisədə 160 min barel azalacağı pronozlaşdırılır.

Hazırda OPEC-in ekspertləri 2015-ci il üzrə hazırkı göstəricinin gündəlik 0,72 mln. bareldən 57,24 mln. barelədək artmasını gözləyir.

Qeyd edək ki, OPEC 1960-cı ildə yaradılıb. Hazırda İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qatar, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Anqola təşkilata üzvdür.

"Bakı-Tiflis-Qars layihəsinin maliyyələşdirilməsində çətinliklər var"

"Bakı-Tiflis-Qars layihəsi ilə bağlı işlərin 60%-i yerinə yetirilib".

"Dalğa TV" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Qarsa qədər olan yol hazırdır.Tuneldə demək olar ki, işlər yekunlaşıb. Bir balaca maliyyə məsələsində çətinliklərimiz var. Onları da həll edəcəyik", - deyə sədr bildirib.

​Baş nazirin müavini: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır"

"Kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkətin özü üçün əlverişli qiymətə təbii qaz almaq imkanı var.

"Dalğa TV" Gürcüstan KİV-inə istinadən"xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze bildirib.

Gürcüstanın "Qazprom"la təbii"qazın alınması ilə bağlı"danışıqlar aparması və bu sahədəki rəqabət məsələlərini şərh edən Kaxa Kaladze qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, elə bu səbəbdən də bu barədə danışmaq yersiz olardı.

"Söhbət yalnız kommersiya qazının alınmasından gedir. Siz bilirsiniz ki, kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkətin özü üçün əlverişli qiymətə Azərbaycan, Rusiya, İran, Türkiyə və Ermənistandan təbii qaz almaq imkanı var.

Buna heç vaxt məhdudiyyat qoyulmayıb, qoyulmur və qoyulmayacaq", - Kaladze bildirib.

Baş nazirin müavini bildirib ki, Bakıda Prezident İlham Əliyevlə baş nazir İrakli Qaribaşvili arasında ötən həftə baş tutan danışıqlarda Azərbaycandan qaz alınması ilə bağlı məsələnin müzakirə olunduğu barədə məlumatı yoxdur, çünki o, nümayəndə heyətinin tərkibində olmayıb.

"​SOCAR Georgia"nın baş direktoru: "Gərginlik" ancaq mətbuatda hiss olunur"

"SOCAR-ın Gürcüstandakı fəaliyyətilə bağlı dırnaqarası gərginliyi yalnız mətbuat səhifələrində hiss edirik".


Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə müəssisəsi "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov "Qazprom" şirkəti ilə Gürcüstan hökumətinin Rusiyadan təbii qaz həcminin artırılması ilə bağlı danışıqlarından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan bazarında fəaliyyətinə mənfi təsiri barədə yazılanları şərh edərkən bildirib.
O qeyd edib ki, SOCAR-ın Gürcüstandakı fəaliyyətində heç bir gərginlik yoxdur:
"Biz öz öhdəliklərimizi yerinə yetiririk. Gürcüstan hökuməti ilə SOCAR arasında 2025-ci ilədək sosial qazın təminatı barədə müqavilə var. Gürcüstan tərəfindən, yaxud bizim tərəfdən bu müqavilənin birtərəfli kəsilməyə başlaması üçün hər hansı məqama əsas yoxdur. Ümumiyyətlə, hər hansı müddəanın yenidən baxılmasına əsas yoxdur".
M.Məmmədov əlavə edib ki, Gürcüstan bazarında sosial qaz qiymətləri həddindən artıq aşağıdır:
"Keçmiş sovet ölkələri arasında Türkmənistanı istisna etməklə, Gürcüstanda olan sosial qaz qiymətləri Rusiya və Azərbaycanla müqayisə oluna bilər. Qonşu ölkələrə nisbətən Gürcüstanda sosial qazın qiyməti nəzərəçarpacaq dərəcədə aşağıdır. Uzun illər Azərbaycan qazının mövcud qiymətlərlə Gürcüstanda satılması bizim qonşu Gürcüstanla birgə siyasətimiz əsasında həyata keçirilir".
Eyni zamanda, SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsinin baş direktoru xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkəti birbaşa Gürcüstanın sosial və kommersiya bazarına 1 mlrd. 400 mln. kubmetr həcmində qaz nəql edir:
"Gürcüstan bazarının ümumi qaz istehlakı isə 2 mlrd. 200 mln həcmindədir".
M.Məmmədov əlavə edib ki, Azərbaycan qazının Gürcüstan bazarında həcmi 90%-dən bir qədər artıqdır:
"SOCAR-ın nəql etdiyi qazdan başqa, Gürcüstana həm də "Şahdəniz" yatağından Türkiyəyə nəql olunan qazın tranzitinə görə müəyyən həcm verilir. Həm də Rusiyanın Ermənistana qaz nəqlinə görə tranzit haqqı olaraq bu ölkəyə qaz verilir. Yəni hazırda Gürcüstan 3 mənbədən qaz alır: Birbaşa SOCAR-ın satdığı təbii qaz, "Şahdəniz" və Rusiya qazının tranziti".
Qeyd edək ki, ötən həftə Gürcüstanın energetika naziri Kaxa Kaladze Gürcüstanın Rusiyadan daha çox qaz almaq niyyətində olduğunu və "Qazprom" şirkəti ilə danışıqlar apardığını qeyd edib. Bundan sonra isə kütləvi informasiya vasitələrində (KİV) "qaz savaşı"nın başlanması barədə yazılar yayımlanıb.
Gürcüstan müxalifəti tərəfindən K.Kaladzenin bu niyyəti etirazla qarşılanıb. Müxalifət bu məsələnin əsas strateji partnyor olan Azərbaycanla münasibətlərin korlanacağından ehtiyat etdiyini bəyan edib. Daha sonra isə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib ki, söhbət sırf kommersiya danışıqlarından gedir və istənilən halda Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalacaq.
SOCAR-ın törəmə şirkəti olan "SOCAR Energy Georgia "MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. "SOCAR Energy Georgia" MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir.

Qarabağla bağlı beynəlxalq qalmaqal - Qərb şirkətləri 20 milyon dollara kənd salır - FOTO

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd salınacaq.

"Dalğa TV"  Ermənistan KİV-nə istİnadən xəbər verir ki, Əsgəran rayonunun Həsənriz (ermənicə Norqyux) kəndinin yaxınlığında yaradılacaq mərkəz aqrar, təhsil və turizm sahələrində müəssisələrin cəmləşdiyi kompleks rolunu oynayacaq.

Oktyabrın 11-də Xankəndidə təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu "İDEA" təşkilatı maliyyələşdirəcək. Bunun üçün biznesmen 20 milyon dollar vəsait ayırıb.

Eko-kəndin yaradılmasında İsveçrənin "Gutundgu" şirkəti əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın "Tim Flynn Architecs" memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək.

Ekokənd - bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipinə deyilir. Belə kəndlərdə müalicəvi və istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur.

SOCAR xaricdə təhsillə bağlı Təqaüd Proqramına yenidən baxıb

SOCAR-ın Xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.

SOCAR-dan APA-Economicsə verilən məlumata görə, iclasda Proqram çərçivəsində 8-i magistr, 1-i bakalavr və 1-i uzman olmaqla Böyük Britaniya, Almaniya və Türkiyənin universitetlərində təhsil almış 10 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış edib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılıb, hüquq, risklərin idarə olunması və mühasibat uçotu ixtisasları Proqrama daxil edilməyib. 2016-2017-ci tədris ili ərzində SOCAR-ın Xarici Təqaüd Proqramına müraciət edən gənclər kimya mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi və elektroenergetika mühəndisliyi ixtisasları üzrə təqaüd ala biləcəklər.

Saytda Axtarış

Son xəbərlər