İğtişaşlar nəticəsində parlamentin 48 otağına ziyan dəyib…
Dünənki aksiya və iğtişaşlar nəticəsində ölkə parlamentinin 48 iş otağına ziyan dəyib.
24News.ge xəbər verir ki, bu barədə parlament sədri Şalva Papuaşvili bildirib.
O qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb, cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.
Parlament sədri həmçinin qeyd edib ki, binanın xarici işıqlandırması da kəsilib.