Rustavidə vətəndaşlar etiraz yürüşü keçiriblər
Rustavidə vətəndaşlar Dostluq prospektindən Azadlıq meydanına doğru yürüş keçiriblər.
Mitinq iştirakçıları “Gürcü arzusu”nun Avropaya inteqrasiya prosesini 2028-ci ilin sonuna qədər dayandırmaq qərarına etiraz ediblər.
Yürüş zamanı vətəndaşlar “Çıx çölə” şüarları səsləndirərək, vətəndaşları etiraz yürüşünə qoşulmağa çağırıblar.
Mitinq iştirakçılarının sözlərinə görə, onlar gecə saatlarında Tbilisinin Rustaveli prospektindəki mitinqə qoşulacaqlar.