“Qalatasaray” klubunun daxilində baş verən qalmaqalın səbəbi bəlli olub

“Yanq Boyz”a məğlub olduqdan sonra Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilməyən, “Qalatasaray”da vəziyyət gərginləşib.

Dalğa TV xəbər verir ki, klubda Türkiyə Superliqasının çempionluq mükafatlarının aylardır ödənilmədiyi üzə çıxıb. Futbolçulara may ayından bəri çempionluq mükafatları verilmədiyi üçün motivasiyaları azalıb.

İdarə heyətində yer alan Ali Yüce qara bazar bilet qalmaqalı ilə bağlı istefa verib.

Klub bilet satışı ilə bağlı iddiaları araşdırmaq üçün müstəqil audit firması ilə qanun pozuntusu araşdırması başlatmağa qərar verib.

Bütün bu hadisələr “Qalatasaray”ın gələcəyi üçün ciddi qeyri-müəyyənlik yaradır, maliyyə çətinlikləri isə narahatlıqları daha da artırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey