Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyəyə bu günədək 79 milyard kubmetrdən çox qaz ixrac olunub.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci il iyulun 3-də istifadəyə verilib. Kəmər “Şahdəniz” qaz-kondensat yatağının kəşf olunmasından sonra bu layihə çərçivəsində hasil edilən təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyə bazarına nəql olunması üçün inşa olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey