İldən-ilə dərinləşən Azərbaycan-Çin münasibətləri: Əməkdaşlığın əsas prinsipləri müəyyənləşib

Bu gün Azərbaycan Avropa, ABŞ-lə yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və s. ilə əlaqələrini inkişaf etdirir və möhkəmləndirir.

Bunların sırasında Çinlə münasibətlərin xüsusi yerinin olduğunu qeyd etmək lazımdır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri yaranıb.

Xatırlatmaq lazımdır ki, 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib, 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey