İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında növbəti görüş baş tutub

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılır.

Məlumat üçün bildirək ki, Brüsseldə oxşar formatda görüş artıq üçncü dəfədir ki, baş tutur. İlk danışıqlar 2021-ci ilin dekabrında, ikinci görüş 2022-ci ilin aprelində, üçüncü görüş isə 2022-ci ilin mayında keçirilib.

Sonuncu görüşdə liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlmişdirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey