Prezident Borçalı xalçalarının da nümaiş olunduğu sərgidə iştirak edib

YUNESKO-nun Gürcüstanda həyata keçirdiyi “Kreativ sənayelərin inkişafı üçün ənənəvi gürcü süfrəsi” layihəsində, Borçalı xalçaları da nümaiş olunub.

Tədbirdə ölkə Prezidenti Salome Zurabişvili də iştirak edib.

Tbilisi Dövlət İncəsənət Akademiyasında açılan sərgidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, Borçalı xalçalarını da nümaiş etdirib.

Prezident xanım Zurabişvili, Borçalı xalçasının toxunmasını və naxışlarını əks etdirən fotoşəkillər və kataloqla yaxından tanış olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey