Zelenski: “Qərblə Rusiya arasında qalmışıq”

“Biz indi Qərblə Rusiya arasında qalmışıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

O, bildirib ki, dünyanın gözü qarşısında Ukraynaya hücum edən Rusiya hələ də yetərincə cəzalandırlmır:
“Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Amma NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib. Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki kömək tələblərimizə cavab verilmədi. Moskva bizdən qəbul edilməz güzəştlər istəyir. Həmin tələblər isə cəfəngdir”, – deyə Zelenski bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey