Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu

Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində ilk turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, güclü şahmatçıların yarışdığı A turnirində mübarizə aparan hər iki təmsilçimiz ilk turda qələbə qazanıb.

Rauf Məmmədov rusiyalı Semyon Lomasovu, Eltac Səfərli isə Ermənistan təmsilçisi Aram Hakobyanı məğlub edib. Şahmatçılarımız bu nəticə ilə ilk turdan sonra 10-28-ci yerləri bölüşür.

Bu gün II turda Rauf Məmmədov rumıniyalı Boqdan Daniel Deakla, Eltac Səfərli isə hindistanlı Çitambaram Aravindh ilə qarşılaşacaq.

Turnirin B qrupunda mübarizə aparan altı şahmatçımızdan isə yalnız biri qələbə qazana bilib. Gənc şahmatçımız Vüqar Əsədli rusiyalı Ruslan Yandarbiyevdən güclü olub. 18 yaşadək şahmatçımız 1-17-ci yerləri bölüşür.

Məhəmməd Muradlı, Aydın Süleymanlı, Read Səmədov və Ülviyyə Fətəlliyevanın ilk turdakı oyunları heç-heçə nəticələnib. Xanım Balacayeva isə çinli Kaiuyu Ninqə məğlub olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey