Qobustanda maşın aşdı, dörd nəfər ağır yaralandı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qobustan rayonu ərazisində Şəki rayon sakini 1991-ci il təvəllüdlü Nurəhmədov Rövşən Hacı oğlunun idarə etdiyi avtomobil aşıb.

Avtomobilin aşmasına yolun buz bağlaması səbəb olub.

Hadisə nəticəsində sürücü və sərnişinlər Şəki rayon sakinləri – 1996-cı il təvəllüdlü İmanov Elnur Sabir oğlu, 1985-ci il təvəllüdlü Tahirov Eldar Orucoğlu oğlu və 1998-ci il təvəllüdlü Cəlilov Murad Nadir oğlu müxtəlif bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən şəxslərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey