Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb inşa olunacaq

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tender elan edib.

Yeni məktəb binasının tikintisinə 2,7 mln. lari (1 mln. dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Tsopi kənd məktəbi illərdir qəzalı vəziyyətdə olan binada fəaliyyət göstərir. Təhsil ocağının Azərbaycan və erməni bölməsində, ümumilikdə, 75 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey