Gürcüstanda məhdudiyyətlərdən xilas olmaq üçün yaşıl pasport kimlərə veriləcək?
Qurumlararası Koordinasiya Şurasının bu günkü iclasında hər iki doza ilə peyvənd olunan şəxslərə yaşıl pasportun verilməsi məsələsi müzakirə olunub.
Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, iclas zamanı yaşıl pasport veriləcək şəxslərə məhdudiyyətlərlə bağlı bəzi güzəştlərin tətbiq edilməsi də müzakirə edilib:
“Koordinasiya Şurasının iclasında hər iki doza ilə peyvənd olunan şəxslərə yaşıl pasportun verilməsi müzakirə olunub. Qeyd olunan məsələ ilə bağlı fəal iş aparılır və yaxın vaxtlarda təsdiq üçün Qurumlararası Koordinasiya Şurasına təqdim ediləcək. Həmçinin, iclas zamanı yaşıl pasport veriləcək şəxslərə məhdudiyyətlərlə bağlı bəzi güzəştlərin tətbiq edilməsi də müzakirə edilib”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze, hər iki doza ilə peyvənd olunan şəxslərə komendant saatı da daxil olmaqla, bəzi məhdudiyyətlərdə güzəşt olunmasının planlaşdırıldığını bildirib.