Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda son sutka ərzində daha 4 min 426 nəfərdə koronavirus aşkarlanıb. 3 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir. Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 132 min 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-u isə vəfat edib.
Hazırda ölkədə karantin rejimində 2 033, stasionar nəzarətdə 6 373 nəfər saxlanılır. 3 945 nəfər isə xüsusi otellərdə müalicə olunur.