Bu gün Gürcüstanda Giorgoba bayramı qeyd olunur

Gürcüstan Pravoslav Kilsəsi 23 noyabrda Müqəddəs Giorginin təkərdə işgəncə verilməsi gününü qeyd edir.

Bu gün ölkədə bütün fəaliyyətdə olan kilsə-məbədlərdə bayram ibadət dua mərasimləri keçirilir.

Kilsə rəvayətlərinə əsasən, Müqəddəs Giorgi üçüncü əsrin ikinci yarısında Kapadokyada, zəngin xristian ailəsində anadan olmuşdur. Az sonralar, Roma imperatoru, Diokliatenin hökmdarlığı dövründə sərkərdə olmuşdur. Xristianlığın təqibi başladıqdan sonra, Müqəddəs Giorgi imperatora qarşı çıxıb. Bundan sonra, büdpərəst Roma imperatoru ondan xristinalıqdan imtina etməsini tələb edib. İşgəncələrdən sonra müqəddəs Giorginin 303-cü ildə isə başını kəsiblər.

Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi Giorqoba Bayramını ildə iki dəfə – 6 mayda onun müqəddəs elan edilməsi gününü və 23 noyabrda təkərdə işgəncə verilməsi gününü qeyd edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey