Nazir görüşdən sonra açıqlama verdi: “Ölkədə ümumi karantin və ya bağlanma gözlənilmir”
Bu gün hökumətin iqtisadi komandası ilə biznes nümayəndələri arasında keçirilən görüşdə məhdudiyyətlər məsələsi müzakirə olunub.
Bu barədə İqtisadiyyat naziri Natia Turnava açıqlama verib.
Nazirin sözlərinə görə, yoluxmuş insanların sayının artması səbəbindən hökumət müəyyən məhdudiyyətləri nəzərdən keçirir və qərar qəbul etməzdən əvvəl sahibkarlarla məsləhətləşmələr aparılır:
“İkinci dalğa ərəfəsindəyik və yoluxmuş insanların sayı artır, bu səbəbdən bəzi məhdudiyyətlər barədə düşünmək məcburiyyətindəyik, amma bu qərarı bizneslə məsləhətləşmədən vermək istəmirik, çünkü başa düşürük ki, sahibkarlar pandemiyanın səbəbindən iqtisadi çətinliklər altındadır. Bu səbəbdən bu sahələrə daha az zərər verəcək balanslı bir həll axtarırıq və mütləq tapacağıq”, – deyə Turnava bildirib.
Nazir həmçinin qeyd edib ki, mümkün əlavə nöqtə məhdudiyyətlərin tətbiqi olacaq lakin bu mərhələdə tam lokdaun (bağlanma) planlaşdırılmır, çünki iş yerlərinin qorunub saxlanılması məhz elə hökumətin əsas prioritetlərindən biridir.