Almaniyada azərbaycanlılar ilə qaradərililər arasında kütləvi dava baş verib

Kütləvi davaya səbəb şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.
Almaniyanın Frankfurt-Mayn şəhərində azərbaycanlılar ilə kamerunlular (afrikalılar) arasında kütləvi dava olub, iki azərbaycanlı xəsarət alıb.

“Report”un Berlin bürosunun verdiyi məlumata görə, kütləvi davaya şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.

Yer üstündə yaranan anlaşılmazlıq və kamerunlunun təhqiri mübahisəyə daha sonra isə əlbəyaxa davaya çevrilib. Təxminən, 10 nəfərə yaxın kamerunlunun və 5 nəfər azərbaycanlının arasında baş verən davada Cəbiyev Ruslan və Kərimov Tahir adlı azərbaycanlı baş və qol nahiyələrindən xəsarət alıblar. Hər iki tərəf polis tərəfindən saxlanılaraq cərimələniblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey