Ermənilər Gəncə və Mingəçevir şəhərlərinə növbəti dəfə raket hücumu həyata keçirdilər – Ölənlər var

İşğalçı Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutublar.
Terror hadisəsi zamanı 13 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb.

Baş verən hücum zamanı Gəncə şəhərində çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Mingəçevirə atılan raketlər zərərsizləşdirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey