“Biz yaşlıların pensiyalarının hər il artması üçün qərar qəbul etdik” – Baş nazir

“Bizim hər sahədə vətəndaşlarımız dövlət tərəfindən mütləq şəkildə qayğı görməlidir”.

Bu sözləri baş nazir Giorgi Qaxaria ötən gün Kutaisi şəhərində majoritar namizədin təqdimatı zamanı çıxışında deyib.

“Biz Sabahdan danışarkən uşaqların və gəncliyimizin qayğı nəticəsində yetişməsini, qocalarımızın lazımi qayğı görməsini nəzərdə tutub danışırıq. Uşaqlar üçün ən zəruri əlverişli şəraiti yaratmalıyıq, yeni uşaq bağçaları yaradılır və sürətlə davam edəcək.

Məktəbə qədər hazırlıqlar üçün yeni sistemlər tətbiq ediləcək. Biz çalışan daha sonra pensiya alanların pensiyalarını daha çox artıracağıq. Biz yaşlıların pensiyalarının hər il artacağına zəmanət verən qanunvericilik dəyişiklikləri edə bildik, bu böyük uğurdur.

Biz müəllimləri, polislərimizi, həkimlərimizi də düşünürük və onların maaşlarının artırılması üçün də müxtəlif proqramlar həyata keçiririk.

Sizə tək bir tərəfin deyil, ölkənin maraqları naminə söyləmək istəyirəm ki, bu ədalətli mübarizədə qalib gələcəyimizə əminəm və hər birinizə qələbə diləyirəm”, – deyə Qaxaria bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey