1 iyul tarixindən Gürcüstandan avropaya uçuşlar bərpa olunur?

Avropa İttifaqı 1 iyuldan etibarən, 14 ölkəyə öz sərhədlərini açır.

Sözügedən ölkələr arasında Gürcüstanda var.

Məlumatda bildirilir ki, Avropa İttifaqının üzv ölkələrinin səfirləri bu barədə razılıq əldə ediblər, sabah isə yekun olaraq sözügedən 14 ölkə təkrar müzakirə olunub yekun qərar veriləcək.

Qəbul edilən qərara əsasən Şengen bölgəsi ölkələrində, İttifaqa üzv olmayan 14 ölkədən vətəndaşların daxil olmasına icazə verilir.

Qeyd ulunur ki, Gürcüstan, Avstraliya, Əlcəzair, Kanada, Marokko, Yeni Zellandiya, Ruanda, Serbiya, Tayland, Tunis, Uruqvay, Çernaqoriya, Cənubi Koreya və Yaponia vətəndaşları Şengen bölgəsi ölkələrinə səfər edə biləcəklər.

Məlumata əsasən epidemoloji vəziyyətlə əlaqədar, sözügedən ölkələrin siyahısında sabah dəyişikliklər də baş tuta bilər.

Qeyd edək ki, ötən gün Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı, 1 iyul tarixindən müxtəlif avropa ölkələrinə uçuşların bərpa olunacağını qeyd etmişdi:

“Biz artıq Avropa ittifaqının böyük avia-kompaniyaları ilə danışqlar aparırıq və 1 iyuldan etibarən, bir çox şəhərlər istiqamətində reyslər açılacaq. Bu uçuşlar əlbətdə ki, konkret olaraq yaşıl zonalara aid olacaq”, – deyə baş nazir bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey