Azərbaycan Tbilisidəki beynəlxalq elmi konfransda təmsil olunub

Azərbaycan Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Korrupsiyaya qarşı mübarizə problemləri” mövzusunda beynəlxalq elmi konfransda təmsil edilib.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Maks Plank adına Beynəlxalq Cinayət Hüququ İnstitutunun təşkil etdiyi konfransda Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Apelyasiya Palatasının rəhbəri, professor Aniya Uşaçka, Beynəlxalq Cinayət Hüququ Assosiasiyasının vitse-prezidenti Peter Vilkitçki və digər hüquqşünasların, alimlərin məruzələri dinlənilib.
Tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov təmsil ediblər. Konfransda çıxış edən M.Kazımov korrupsiyanın iqtisadi təhlükəsizlik üçün doğurduğu problemlər, bank sektorunda baş verən maliyyə cinayətləri, korrupsiya ilə mübarizə sahəsində preventiv və profilaktik tədbirlərin görülməsi istiqamətində “ASAN xidmət” modeli barədə fikirlərini bölüşüb.
Konfrans çərçivəsində, həmçinin Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Maks Plank şəbəkəsi arasında ikitərəfli münasibətlərin qurulması, birgə tədbirlərin keçirilməsi, tədris mərkəzinin əməkdaşlarının institutda təcrübəyə cəlb olunması məsələləri müzakirə edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey