David Zalkaliani: TANAP-ın Avropa hissəsinin açılışı cari ilin əsas hadisələrindən biridir
TANAP layihəsinin Avropa hissəsinin rəsmi açılış mərasimi bu ilin əsas hadisələrindən biri olub. Bu layihə Avropa və Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi və qaz marşrutlarının şaxələndirilməsinə yönəlib.
Bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ölkənin xarici dövlətlərdəki səfirlərinin Tbilisidə keçirilən konfransında deyib.
O bildirib ki, cari ildə regional əməkdaşlığın gücləndirilməsinə böyük diqqət ayrılıb. Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlıq bölgənin əsas enerji və tranzit dəhlizinə çevrilməsi üçün əhəmiyyətli nəticələr verib. Gürcüstan tranzit ölkə olaraq bu layihədən fayda əldə edəcək.