Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı qeydə alındı – Sağalanlar daha çoxdur

Son 24 saat ərzində, ölkədə koronavirusa 1 yeni yoluxma halı qeydə alınıb. 4 nəfər isə virusdan tam olaraq sağalıb.
Bu barədə məlumat hökumətin yaratdığı stopcov.ge saytında dərc edilib.

Beləliklə bu günədək ölkə üzrə koronavirus diaqnozu qoyulanların sayı, 801-ə çatıb. Onlardan 644 nəfəri tam olaraq sağalıb, 13 nəfəri isə həyatını itirib.

Hazırda ölkə üzrə Karantində 2 424 , stasionar nəzarətdə isə 304 nəfər saxlanılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey