Azərbaycandan sərhədlərin açılması ilə bağlı açıqlama gəldi
İyunun 15-nə qədər uçuşların dayandırılması və sərhədlərin bağlı olması qərarı qüvvədədir.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
“Bununla bağlı əlavə qərar yoxdur. Hər şey situasiyadan asılıdır. Bunu analiz edən ekspertlərin rəyi əsasında Operativ Qərargah qərar qəbul edir”, – deyə İ.Məmmədov Türkiyəyə 15 iyundan sonra uçuşların bərpa olunacağı və artıq biletlərin satılması ilə bağlı sualı cavablandırarkən bildirib.