ABŞ-ın Minneapolis şəhərində fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Minneapolis şəhərinin meri Ceykob Frey afroamerikalı Corc Floydun ölümünə görə şəhərdə polislə baş verən toqquşmalardan sonrakı etirazlar fonunda 72 saat müddətinə qədər fövqəladə vəziyyət rejimi elan edib.

Dalğa TV RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə meriyanın saytındakı sərəncamda deyilir.

“Fövqəladə vəziyyət rejimi bu sərəncam tarixindən 72 saat ərzində qüvvədədir və davam edəcək…”, – mayın 28-ə aid olan sənəddə deyilir.

Hakimiyyət orqanlarının fikrincə, sakinlər və şəhərin qonaqları “ciddi xəsarətlər və ya ölüm” təhdidi altındadırlar və sonrakı belə qarışıqlıqların ehtimal edilməsi qeyri-adi tədbirlərin qəbulunu tələb edir”.

Göstəriş şəhərin fövqəladə vəziyyətlər üzrə idarəetmə başçısına ən yaxın şəhərlərdən və dairələrdən, ştat və federal hakimiyyətdən lazımi köməyi və resursları tələb etməyi tapşırır.

Bundan başqa, yerli hakimiyyətin sorğusu üzrə ştatın qubernatoru təhlükəsizliyin təmin olunması üçün Milli Qvardiya bölmələrini cəlb etmək barədə göstəriş verib.

Corc Floydun ölümü ilə nəticələnən tutulması videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə ona boğazını sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb.

Bu informasiya yayıldıqdan sonra şəhər polisinin rəhbərliyi saxlanılmada iştirak edən dörd zabitin işdən çıxarıldığını elan edib. Şəhərdə dağıntılar və yanğınlarla müşayiət olunmuş etiraz aksiyaları keçirilib. Floydun həlak olmasının araşdırılmasına Federal Təhqiqat Bürosu (FTB) da qoşulub. FTB bu işi prioritet hesab edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey