Azərbaycanlılar və gürcülər Tbilisidə parlament qarşısında birgə aksiya keçirib

Marneuli bələdiyyəsinin üzvü Əhməd İmanquliyev çıxışında deyib ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən çoxlu azərbaycanlılar var, lakin onların adlarına heç bir küçə belə yoxdur.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o bildirib ki, azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar.

“Mixail Avaqyana qoyulan büst Gürcüstanda qeyri-sabitlik yaratmağa yönəlib. Həmin büst mütləq götürülməlidir”, – Ə.İmanquliyev vurğulayıb.

Daha sonra çıxış edən “Qeyrət” təşkilatının sədri Əlibala Əsgərov, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev və digərləri də separatçıya büstün qoyulmasını, abidənin açılış mərasimində deputatlar və yerli hakimiyyət orqanları nümayəndələrinin iştirak etməsini qəti şəkildə qınayıblar. Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar.

Təşkilatçılar aksiyanın sonunda bildiriblər ki, Mixail Avaqyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey