Qardabani rayonunun bir neçə kəndinə yeni yol çəkilir

Qardabani rayonunda yol infrastruktur layihələrinin icrası davam etdirilir.

Bu barədə rayon bələdiyyəsindən bildirilib.

Mərkəzi və yerli hakimiyyət orqanlarının qərarına əsasən, yollar Qardabanidə bu vaxta qədər daxili yolların olmadığı kəndlərə çəkilir.

Yeni yollar rayonun Kalinin, Nəzərli, Krtsanisi, Qaracalar, Ağtəhlə və Kosalı kəndlərində salınır. Ümumi dəyəri 3,6 milyon lari olan layihənin maliyyələşdirilməsi Regional İnkişaf Agentliyi və yerli büdcə hesabına həyata keçirilir.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili və digər rəsmi şəxslər görülən işlərlə yerində tanış olublar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey