Bolnisidə daha 5 tibb işçisində koronavirus aşkarlandı
Bolnisidə, karantində olan, 5 tibb işçisində koronavirusa yoluxma halı aşkarlanıb.
Bu barədə məlumatı, Bolnisi Meriyası təstiqləyib.
Bildirilir ki, virusa yoluxmuş tibb işçiləri təcili tibbi yardım xidmətinin əməkdaşlarıdırlar.
Onların iş yoldaşlarında koronavirus aşkarlandıqdan sonra, hər biri özünü təcrid halında olublar.
Bu gün qeydə alınan hallarla birlikdə, Bolnisidə virusa yoluxanların sayı 93-ə çatıb.