ŞAD XƏBƏR – Gürcüstan yaşıl zonada qalır
“Son həftə ərzində Gürcüstanda koronavirusa yoluxa sayında artımın olmasına baxmayaraq, ölkə “yaşıl” zonada qalır”.
Bu barədə ölkənin Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.
O bildirib ki, digər ölkələrlə müqayisədə Gürcüstan əvvəlki kimi ən təhlükəsiz ölkələrdən biridir.
Qamkrelidzenin sözlərinə görə, Gürcüstanın malik olduğu təhüləksiz bölgə statusunu saxlamaq üçün əhali tövsiyyələri mütləq əməl etməlidir:
“Bizim bir çox vətəndaşlar əsas tövsiyyələri artıq əməl etmirlər. Bilirəm ki, maska ilə, sosial məsafə ilə bağlı başınızı yormuşam, ancaq koronavirus əleyhinə daha güclü bir silah mövcud deyil. Yoluxanların sayındakı artıma baxmayaraq, Gürcüstan yaşıl, yəni təhlükəsiz zonada qalmaqda davam edir. Hamımız bilməliyik ki, bu təhlükəsizlik statusunu qorumaq lazımdır. Bunun üçün isə əməkdaşlıq və bütün tövsiyyələrə əməl etmək mütləqdir”, – deyə Qamkrelidze bildirib.
Baş epidemioloqun sözlərinə görə, aparılan testlərin sayı artırılıb: “Avqustda 4 665 test həyata keçirilibsə, sentyabrın 4-də bu gösətirici 8 259-a çatıb”.