Zurabişvili və Ərdoğan telefonla danışdılar – Nələr müzakirə olundu
Ölkə prezidenti Salome Zurabişvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon bağlantısı yaradıb.
24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Dövlət başçıları Gürcüstan və Türkiyədə koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. S.Zurabişvili Türkiyə prezidentinə Gürcüstan vətəndaşlarının vətənə qayıtmasına göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Gürcüstan prezidentinin sözlərinə görə, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həmrəylik olduqca vacibdir.
Söhbət zamanı böhran və böhrandan sonrakı vəziyyətdə həm ticarət, həm nəqliyyat dəhlizləri, həmçinin nəqliyyat şəbəkəsi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
S.Zurabişvili vurğulayıb ki, koronavirusla bağlı yaranmış çətin və böhran vəziyyətdə Gürcüstan üçün regional əməkdaşlığın müstəsna əhəmiyyəti var.