Evi koronavirusdan qorumaq üçün nə etməli? Tövsiyələr
Mütəxəssislər evi koronavirusdan qorumaq üçün evin havasını tez-tez (gündə ən azı 2 dəfə 30 dəq. az olmayaraq) dəyişməyi tövsiyə edirlər.Bu haqda Çin alimləri məlumat verib.
Həmçinin evin bütün səthlərini təmizləmək üçün mütəxəssislər tərkibində xlor olan vasitələri seçməyi tövsiyə edirlər. Belə vasitələr suya əlavə olunur və bütün səthlər (döşəmələr, masalar, stullar, açıq rəflər və s.) gündə bir neçə dəfə nəm əski ilə silinir.
Qapı dəstələri, kompüter klaviaturaları, qacetlər kimi tez-tez toxunduğumuz əşyaları da tez-tez spirtli salfetlərlə silmək lazımdır.
Çöldən evə gəldikdə dərhal paltarını dəyişmək, əllərini 30 saniyədən az olmayaraq sabunla yumak lazımdır.