Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq

Azərbaycanın paytaxtı Bakıda Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq.

“Sputnik”in yaydığı xəbərə görə, tamaşa Azərbaycan Dövlət Opera və Balet Teatrında fevral ayının 1-də baş tutacaq.

Teatrda xarici ifaçıların iştirakı ilə Rudcero Leonkavallonun “Klounlar” operası nümayiş olunacaq.

Orkestrə Ştutqart Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq drijor müsabiqələri laureatı Mixail Aqrest rəhbərlik edəcək.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda partiyası), Cahangir Qurbanov (Silvio partiyası), Əliəhməd İbrahimov (Arlekina partiyası) və Tural Ağasıyev (Kəndli partiyası) da iştirak edəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey