Millimizin futbolçusu İngiltərə klubunda ilk oyununa çıxdı
Millimizin futbolçusu Renat Dadaşov İngiltərə Premyer Liqa klubu “Vulverhempton”a qayıdıb.
O, artıq Premyer Liqa 2-nin I divizionunda debüt edib.
Belə ki, Renat “Vulverhempton”un 23 yaşadək komandası (U-23) ilə “Bləkbörn Rovers”lə qarşılaşıb. O, start heyətdə yer alıb. Görüş ərzində sol ayağı ilə qapının yuxarı küncünə uzaq məsafədən zərbə vursa da, rəqib qolkiper Co Hilton qola imkan verməyib. O, 86-сı dəqiqədə Filipslə əvəzlənib. Görüş isə “Bləkbörn”ün 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov sabah “Vulverhempton” U-23-ü ilə Birminqem Senior Kubokunda “Tivideyl” komandası ilə oyunda da meydanda ola bilər. Həmin matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, ötən ilin avqustun 6-da “Vulverhempton”la dörd illik müqavilə bağlayan Renat Dadaşov Portuqaliyanın “Pasuj di Fireyra” klubuna icarəyə verilmişdi. Almaniya doğumlu hücumçumuz cari mövsümün ilk hissəsində Portuqaliya klubu ilə Primeyrada yeddi oyuna çıxsa da, qol vura bilməyib.