Tbilisidə fiziki şiddətə məruz qalan jurnalistlərə Marneulidə dəstək aksiyası keçirilib
Tbilisidə keçirilən aksiya zamanı xəsarət alan jurnalistlərə Marneulidə dəstək aksiyası keçirilib.
Aksiyada yerli mediaların nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Marneuli Polis Şöbəsinin qarşısında keçirilən aksiya zamanı, iştirakçılar jurnalistlərə edilən şiddəti qınayıblar və güc strukturlarından cinayətkarların hər birinin dərhal cəzalandırılmasını tələb ediblər.
Aksiya iştirakçıları, jurnalistlərin toxunulmaz və öz fəaliyyətlərini maneəsiz şəkildə həyata keçirmə haqları olduqlarını bir daha vurğulayıblar.
Xatırladaq ki, ötən gün LGBT paradına qarşı keçirilən aksiya zamanı, radikal aksiya iştirakçıları müxtəlif media nümayəndələrinə və dinc sakinlərə hücum ediblər. Nəticə etibarilə 53-ü media əməkdaşı olmaqla, ümumilikdə 55 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan bəziləri hələ də xəstəxanada, həkim nəzarəti altındadır.
Qeyd edək ki, sözügedən aksiya ilə bağlı daha geniş reportajı axşam saat 20:30-da xəbər portalımızda yayımlanan “Xəbər Vaxtı” informasia buraxlışında izləyə bilərsiniz.