Tbilisidə pirotexnik vasitədən xəsarət alan 8 uşaq xəstəxanaya yerləşdirilib
Tbilisidə pirotexniki vasitələrdən istifadə edərkən xəsarət alan 8 uşaq İaşvili adına xəstəxanaya yerləşdirilib.
Onlardan birinin əl barmaqları amputasiya olunub.
Digərləri isə üz nahiyəsindən və bilək nahiyəsindən ciddi xəsarətlər alıblar.
Yeddi uşaq üzərində cərrahi əməliyyat həyata keçirilib.