Azərbaycanda dəhşətli hadisə: Ata ev üstündə öz oğlunu amansızlıqla öldürdü
Göygöl rayonunda qətl törədilib.
Hadisə rayonun Nadel kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov taxıl sahəsində oğlu – 1978-ci il təvəllüdlü Mahir Bayramova ov tüfəngindən iki dəfə atəş açaraq onu qətlə yetirib.
Hadisəni törədən şəxs axtarışdadır.
İlkin məlumatlara görə, hadisəyə mülk (ev) üstə düşən mübahisə səbəb olub. Belə ki, uzun müddət ata ilə oğul arasında mübahisəyə səbəb olan evi M.Bayramov yandırıb. Bundan qəzəblənən ata isə ov tüfəngi ilə oğlunu güllələyib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.