Azərbaycana 32 santimetr qar yağıb

Yanvarın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib.

Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey