Tbilisidə Gürcüstan və Azərbaycanın dövlət bayramlarına həsr olunmuş sərgi keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Dostluq” adlı sərgi keçirilib.

Tədbir 26 may – Gürcüstanın Müstəqillik günü və 28 may ­- Azərbaycanın Respublika gününə həsr olunub.

Sərgidə azərbaycanlı rəssam Sevda Əbilova və gürcü fotoqraf Zuba Bokuçavanın 50-yə yaxın əsəri təqdim olunub.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxışında sərginin Azərbaycan və Gürcüstan arasındakı dostluğa həsr olunduğunu bildirib. O deyib ki, iki ölkə arasında mehriban qonşuluq və sıx dostluq münasibətləri tarixən mövcud olub və bundan sonra da münasibətlər bu cür davam edəcək.

Daha sonra çıxış edən Gürcüstanın Rəssamlar Birliyinin sədri Quram Tsertsvadze “Dostluq” sərgisinin keçirilməsini yüksək qiymətləndirib. O, gürcü və Azərbaycan xalqları arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sıx münasibətlərin və əməkdaşlığın olduğunu deyib: “Bu sərgi iki xalq arasında mövcud mədəni əlaqələrin və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə töhfə verəcək”.

Tədbirdə gənc musiqiçilər Rasim Pirməmmədov və Ramin Pirməmmədov piano və tarda Azərbaycanın xalq və milli musiqilərini ifa ediblər.

Sərgidə azərbaycanlı və gürcü ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey