Gürcüstan Patriarxlığı: Keşikçi Dağı ilə bağlı vəziyyət sabitləşib
Danışıqlar nəticəsində Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı vəziyyət sabitləşib”.
Bu barədə Gürcüstan Patriarxlığının yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Çiçxitura məbədi açılıb və ziyarətçilər abidəni maneəsiz ziyarət edə bilirlər: “Ümid edirik ki, sərhədin demarkasiya prosesi sülh şəraitində keçəcək, Gürcüstan və Azərbaycan dövlətləri arasında dostluq daha da möhkəmlənəcək”.
Daha əvvəl bildirilirdi ki, Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb.