Banqladeşdə yük avtomobili fəhlələrin qaldığı evə çarpılıb, 13 nəfər ölüb, 2 fəhlə yaralanıb

Banqladeşdə yük avtomobilinin fəhlələrin qaldığı evə çarpılması nəticəsində 13 nəfər ölüb, 2 fəhlə yaralanıb.

“Dalğa tv” Report-a istinadən xəbər verir ki, hadisə paytaxt Dəkkdən 80 km. cənub-şərqdə yerləşən Cumila bölgəsinin Çauddoqram rayonunda baş verib.

Rayonun polis idarəsinin rəisi Mahfuzur Rahman deyib ki, hadisə sürücünün idarəetməni itirməsı səbəbindən baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həmin tikilidə yerli kərpic fabrikinin fəhlələri qalırmış.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey