Gürcüstan hökuməti azərbaycanlıların yaşadığı rayona investisiyaları üç dəfə artıracaq

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda kənd təsərrüfatı sahəsinə sərmayələri artıracaq.

Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze Marneulinin icra başçısı vəzifəsinə hakim Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallının təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, Marneuli rayonu bütün Gürcüstanı kənd təsərrüfatı məhsulları ilə təmin edir: “Dövlət bu bölgədə kənd təsərrüfatı proqramlarına investisiyaları üç dəfə artıracaq”.

M.Baxtadze qeyd edib ki, bölgələrin inkişaf etdirilməsi hökumətin ən əsas prioritetlərindən biridir: “Məhz buna görə də 2019-cu ildə biz Marneuliyə yeni yollar, məktəb və uşaq bağçalarının tikintisi və digər infrastruktur layihələrinə rekord həcmdə sərmayə ayırmışıq. Söz verirəm ki, gələcəkdə kənd təsərrüfatı layihələrinə investisiyalar daha da artırılacaq və hazırda həyata keçirilən proqramlar genişləndiriləcək”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey