Dövlət naziri: “Azərbaycanlı gənclər Gürcüstan cəmiyyətində fəal rol oynayır”
“Gürcüstan cəmiyyətində azərbaycanlı gənclərin fəal olması bizi çox sevindirir”.
Bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilijurnalistlərə bildirib.
Onun sözlərinə görə, Marneulidə bu gün açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi azərbaycanlı gənclərin inkişafına və inteqrasiyasına dəstək verəcək: “Gürcüstan hökuməti mərkəzin yaradılmasını yüksək qiymətləndirir. Gənclər dövlət quruculuğuna və inkişafına öz töhfələrini verməlidirlər. Bu istiqamətdə Gürcüstana dəstək göstərən Azərbaycandan olan dostlarımıza təşəkkür edirik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasındakı münasibətlər bundan sonra da davam etdiriləcək və daha da dərinləşdiriləcək”.