Ukraynada prezident seçkiləri başlayıb

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. “Report” xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. 30 milyona yaxın səsvermə hüququna malik olan seçici 39 namizədə səs verəcək.

İlk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey