İranın Küveytdəki hava bazasına hücumu nəticəsində amerikalı hərbçilər yaralanıb

ABŞ rəsmilərinin verdiyi məlumata görə, İran tərəfindən Küveytdə yerləşən Əli əl-Salam hava bazasına pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində təxminən 20 ABŞ hərbçisi yaralanıb. Bu barədə CBS News məlumat yayıb.

Məlumatda bildirilir ki, adı açıqlanmayan iki ABŞ rəsmisi hadisə nəticəsində yaralanan hərbçilərin sayının 20-yə yaxın olduğunu təsdiqləyib.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü qeyd edib ki, İran ərazisində aparılan əməliyyatlar zamanı ümumilikdə 373 amerikalı hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan təxminən 330 nəfəri artıq xidmətə qayıdıb.

Rəsmi məlumatlara əsasən, hazırda yaralı hərbçilərdən beşinin vəziyyəti ağır olaraq qalır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey