Ərdoğan: Laçın hava limanı regionu dünya ilə birləşdirəcək
Laçın Hava Limanı regionun nəqliyyat sistemində yeni dövr açacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərlə söhbətində bildirib ki, Laçın Hava Limanının istifadəyə verilməsi təkcə bölgə üçün deyil, ümumilikdə Azərbaycanın inkişafında mühüm rol oynayacaq.
Prezident vurğulayıb ki, bu cür irimiqyaslı infrastruktur layihələri regionda dayanıqlı sülhün qurulmasına da töhfə verəcək. O, xüsusilə müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və heyvandarlıq kimi strateji sahələrdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının getdikcə gücləndiyini bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə Azərbaycanla ərzaq təhlükəsizliyi sahəsində əlaqələri daha da dərinləşdirməyi planlaşdırır. Onun sözlərinə görə, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr üçün də nümunə olacaq. “Əldə etdiyimiz məhsulları ilk növbədə qardaş ölkələrlə bölüşəcəyik. Birgə istehsal və paylaşım yolu ilə daha güclü gələcək quracağıq”, – deyə o qeyd edib.