İrəvanın sülh müqaviləsi ilə bağlı qəribə təklifi reallıqdan kənardır” – Əliyev

“Hazırkı şəraitdə diqqət daha çox Azərbaycan və Ermənistan arasında ikitərəfli müstəviyə cəmlənib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.

Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey