Aİ Komissarı: Gürcüstanın Avropa yoluna qayıtması hökumətin qərarından asılıdır

Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Gürcüstan Avropa yolunda irəliləmək üçün demokratik geriləməni dayandırmalı və fərqli siyasət yürütməlidir. Brüsseldə jurnalistlərə açıqlamasında o, Avropa Komissiyasının hesabatında Gürcüstanda ciddi demokratik geriləmənin qeyd edildiyini vurğulayıb.

Marta Kos Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil mediaya dəstəyini davam etdirəcəyini bildirib və əlavə edib ki, bu dəstək həm cəmiyyətə ümid vermək, həm də hökumətə xalqın iradəsinin nəzərə alınmasının vacibliyini xatırlatmaq məqsədi daşıyır. Komissar Gürcüstan hakimiyyətinin xalqın dəstəyi ilə Avropa yoluna qayıdacağına ümid etdiyini qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey