BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya
BMT Rusiya ilə Azərbaycan arasında artan gərginlikdən narahatdır
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya ilə Azərbaycan arasında baş verən son hadisələrlə bağlı narahatlığını ifadə edib. Təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, BMT iki ölkə arasında insidentlərlə müşayiət olunan gərginliyin artmasından xəbərdardır.
“Biz Rusiya və Azərbaycan arasında gərginliyin artdığını və bunun bəzi hallarda insidentlərlə müşayiət olunduğunu müşahidə edirik. Ümid edirik ki, tərəflər yaranmış vəziyyəti diplomatik yollarla həll edəcəklər və jurnalistlərin fəaliyyət azadlığına hörmət olunacaq,” – deyə o qeyd edib.
Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı reydlər keçirilib. Hadisə zamanı iki nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb. Yerli mediada yayılan məlumata görə, təxminən 50 nəfər saxlanılıb.