Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru: “Azərbaycan üçün çox vacib tərəfdaşıq”

“Gürcü Arzusu” partiyası Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün böyük işlər görüb. Çünki Azərbaycan Gürcüstan üçün, Gürcüstan da Azərbaycan üçün çox vacib tərəfdaşdır”.

Bu sözləri “Report”a açıqlamasında Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru, professor David Aptsiauri deyib.

“Son zamanlar Azərbaycan və Gürcüstanın iqtisadi əlaqələrinin inkişaf dinamikasının şahidi oluruq. Buna isə hələ illər öncə imzaları atılmış nəhəng layihələr töhfə verib. Azərbaycan və Gürcüstanın ikitərəfli əlaqələri geosiyasi və geoiqtisadi önəm daşıyır.

Bütün bunların təməli hələ 90-cı illərdə qoyulub. Yaranan bütün çətinliklərə baxmayaraq, ilk nəhəng beynəlxalq regional layihələri həyata keçirməyi bacarmışıq”, – D.Aptsiauri bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında olan dostluq əlaqələri indiyə yox, onilliklər əvvələ dayanır:

“Dost və qardaş ölkə ilə münasibətlər, həmçinin birgə beynəlxalq layihələrin tərkib hissəsi olmaq hər kəsə nümunə olmalıdır. Gürcüstan əlindən gələni edir ki, azərbaycanlı iş adamları ölkəyə daha çox sərmayə yatırsınlar”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey